Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Vəzifəli şəxs yarım milyon manatdan çox pul mənimsəyib – Məhkəmə başlayır

Vəzifəli şəxs yarım milyon manatdan çox pul mənimsəyib – Məhkəmə başlayır

Xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmədə təqsirləndirilən şirkət rəhbəri barəsində cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, “Smart Poliqraf” və “Marsan” MMC-lərin rəhbəri Mehralıyev İlahim Ərəstun oğlu yarım milyon manatdan çox mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İ. Mehralıyev barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti və Kənd Təsərrüfatları Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi zərərçəkmiş kimi tanınıb.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …