Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Aktual / “Vəzifə, kreslo, katibə onları dəyişir” – Hərbi ekspert

“Vəzifə, kreslo, katibə onları dəyişir” – Hərbi ekspert

Son vaxtlar ali rütbəli şəxslərin, “Vətənə xidmət”, “Şöhrət ordenli” generalların, məmurların onlara göstərilən etimadların doğrultmamaları üzündən vəzifədən çıxarılmaları, hətta bəziləri haqda cinayət işi açılması haqda xəbərlər artıq adiləşib.

Maraqlıdır, həmin şəxslərin bu ali mükafatlara namizədliyini kimlər irəli sürür? 

Ehtiyatda olan hərbi ekspert Ədalət Verdiyev durumu Yenisabah.az-a şərh edərkən bildirib ki, bəzən imtiyazlar insanların xarakterində mənfi dəyişikliklərə gətirib çıxarır. Yəni onlar vəzifədə yüksəldikdən sonra qeyri-qanuni işlər görməyə meyllənirlər:

“Məsələn, Eldar Mahmudov təhlükəsizlik naziri təyin olunana qədər onun haqqında ciddi  bir problemlər, siqnallar mövcud deyildi. Bəzən vəzifə, kreslo, otaq xidməti, maşın, katibə  bu kimi  faktorlar insanların xarakterində dəyişikliklər edə bilir. Bu halı da nəzərə almağımız vacibdir. Qarşılarında bu qədər imtiyazları görüb şişirlər. Ondan sonra da bunun qarşısını almaq olmur. Belə olduqda da yalnız ancaq  həbsxanalar onların köpünü ala bilir”.

Hərbi ekspertin sözlərinə görə, türk modelində bu məsələyə xüsusi diqqət yetirilir:

“Türk ordu modelində zabitlər və yaxud da generallar yüksək vəzifələrə təyin olunanda gözəl bir təsnifatlandırma var. Komandirlər hərbçilərin bir çox xüsusiyyətlərini analiz edir. Yəni, xidmət etdikləri dövrdə komandirləri tabeliyində olan zabitin zəif  və üstün cəhətləri barədə zabitlərə xarakteristikalar verirlər. 

Bu xarakteristikaları verən şəxslər də  müəyyən müddət ötdükcə dəyişir. Yəni hər bir hərbçinin komandiri dəyişdikcə bu xarakteristikalar da dəyişir. Bu xarakteristikalara diqqət yetirməklə həmin irəli çəkilən zabitin bu vəzifəyə uyğun olub olmadığı  məlum olur.  

Ona görə də diqqət etsəniz, türk ordusunda belə problemlərə daha az rast gəlinir. Bizim  də türk ordu modelinə keçiddə gələcəkdə təsnifatlandırmada zabitin qiymətləndirilməsi məhz bu parametrlər üzərindən aparılması nəzərdə tutulub. 

Görünür, kimlərsə yaxın münasibətlər, yerlibazlıq məsələlərinə üstünlük verilməsi, layiq olmayan insanların bəlli bir vəzifələrə qədər irəli gəlməsinə səbəb ola bilir.  

Mən hesab edirəm ki, yanlış olaraq yüksək vəzifələrə təqdim edənlər də məsuliyyət daşımalıdır. Əks halda gələcəkdə də eyni hallar təkrarlana bilər”.

Ədalət Verdiyevin sözlərinə görə, təltif olunmaq üçün hazırlanıb prezidentə təqdim edilən bütün sənədlərə Ali Baş Komandan  nəzarət edə bilməz:

“Ali rəhbərlik heç də bütün şəxsi heyəti şəxsən tanıya bilməz. Bu, mümkün deyil. Bir resursu faktiki olaraq 7-10 nəfərə birbaşa idarə edir. Həmin 7-10 nəfər də digər bir kontingenti idarə edir. Həm də o təyinata qədər normal bir məmur olması ehtimalları da var”. 

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …