Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Vətəndaş evində Dövlət Himni səsləndirdi, polis belə reaksiya verdi+VİDEO

Vətəndaş evində Dövlət Himni səsləndirdi, polis belə reaksiya verdi+VİDEO

Karantin rejiminin həftə sonlarında sərtləşdirilməsi paytaxt polisinin yükünü daha da artırıb. Bu azmış kimi sosial mediada polisi qaralama prosesi də müşahidə olunmaqdadır. Vətəndaşlara dəfələrlə və israrla xəbərdarlıq olunmasına, onların öncədən məlumatlandırılmasına baxmayaraq, yenə də xeyli sayda paytaxt sakini karantin rejimini pozmaq təşəbbüsü göstərib. Bununla yanaşı , polislə bağlı maraqlı paylaşımların olduğuna da rast gəlirik. Bakının Qaradağ rayonu ərazisində xidmət aparan polislərin nümunəvi davranışı xüsusi qeyd edilməlidir. Həmin rayonun ərazisində xidmət aparan polis patrulları hansısa vətəndaşın eyvanından Dövlət Himninin sədalarını eşidən kimi, sayğı duruşu nümayiş etdirərək, hərbi salam veriblər. Azinforum.az həmin videonu təqdim edir:

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …