Çərşənbə axşamı , Mart 9 2021
Ana səhifə / Aktual / Vətən müharibəsi iştirakçısının ailəsi nəzarətə götürüldü

Vətən müharibəsi iştirakçısının ailəsi nəzarətə götürüldü

“Vətən Müharibəsinin iştirakçısı və hazırda da hərbi xidmətdə olan Səfərov Emin Nizami oğlunun Sumqayıt şəhərində yaşayan ailəsi diqqətimizdədir və çalışacağıq ki, ailəyə mümkün dəstəyi göstərək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Onun sözlərinə görə, nazirliyinin əməkdaşları həmin ailə ilə görüşüb, vəziyyətləri ilə tanış olublar:

“Sosial şəbəkədə əsgərimizin qızı Aygülün ürək əməliyyatı keçirməsini əks etdirən şəkli yayılmışdı və bununla əlaqədar əməkdaşlarımız ilk növbədə onunla maraqlanıblar. Müəyyən olunub ki, həmin uşağın – Aygülün hazırda 12 yaşı var və səhhəti ilə bağlı elə bir narahatlığı yoxdur. O, əslində 8 il əvvəl, 2012-ci ildə ürək əməliyyatı keçirib, şəkil də həmin vaxta aiddir. Həm də sağlamlıq imkanları məhdud uşaq kimi onunla bağlı ailəyə aylıq müavinət və ona qulluğa görə aylıq ödəniş (200 manat) edilir.

Emin özü hazırda hərbi xidmətdə olsa da, Məşğulluq Mərkəzi tərəfindən hələ bir neçə ay əvvəl operator işi ilə təmin edildiyi şirkətdə iş yeri saxlanılıb, hər ay maaşı (450 manat) ödənilir. Həyat yoldaşına da ikinci dərəcə əlilliyi olan şəxs kimi aylıq müavinət (130 manat) verilir. Ailənin ən kiçik uşağı isə 2 yaşlı Adəmdir.

Yaxın günlərdə ailəyə birdəfəlik qaydada maddi yardım verilməsi təmin olunacaq və ailənin yaşayışı diqqətdə saxlanacaq”.

Həmçinin oxuyun

21 ildir sürüşən Bayıl yamacı: proses davam edir

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenə sürüşmə hadisəsi baş verib. Nəticəsində bir neçə gün əvvəl …