Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Vətən belə oğullarla fəxr edir…

Vətən belə oğullarla fəxr edir…

Tanınmış jurnalist Eldəniz Elgün diaspor fəalından yazdı

Bu gün bütün dünya «COVİD-19» pandemiyası ilə mübarizə aparır. Dünyanı cənginə alan bu bəla hər gün neçə-neçə canlar alır. Gözəgörünməz «COVİD-19» pandemiyası dövründə hər bir ölkə Prezidenti qabaqlayıcı tədbirlər planı hazırlasa da, ciddi addımlar atsa da, bu virus öz işini görməkdədir. «COVİD-19» koronavirusla mübarizədə ilk öncə insanlar sağlamlıqlarına diqqət etməli, əllər gün ərzində bir neçə dəfə yuyulmalı, ən azı 2 metr olmaqla məsafə saxlamalı və mütləq maskadan istifadə etməlidirlər. Hər bir ölkədə olduğu kimi, bizim ölkəmizdə də pandemiya dövründə vətəndaşlara, imkansız ailələrə və tənha insanlara yardım məqsədilə 190 AZN (yüz doxsan manat) birdəfəlik ödəmə verilmişdir. Eyni zamanda, Rusiya Federasiyasının Kurqan vilayətində də vətəndaşlara birdəfəlik ödəmə verilmişdir. Bir jurnalist olaraq bizə məlum idi ki, RF-nin Kurqan vilayətində diaspora sədri də əslən Masallı rayonunun Öncəqala kəndindəndir. Niftulla Tahir oğlu Niftullayev koronavirusla bağlı öz maddi vəsaitindən xəstələrə, min imkansız ailələrə, yəni orada yaşayan rus və azərbaycanlı ailələrinə yardım etmişdir. Bu xeyirxahlığını yüksək qiymətləndirən Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin ona minnətdarlığını bildirmiş və təmənnasız xeyirxahlığına görə Niftulla müəllimi medalla təltif etmişdir. Azərbaycanın xeyriyyəçi oğul və qızları tək ölkəmizdə deyil, dünyanın hər hansı bölgəsində yaşamasından asılı olmayaraq, həmişə öz xoş missiyalarını həyata keçirirlər. Niftulla Tahir oğlu da Rusiya Federasiyasında yaşamasından asılı olmayaraq, Rusiyada yaşayan digər azərbaycanlı iş adamlarını da xalqımıza maddi və mənəvi dəstək olmağa çağırmışdır. Başımızın üzərini alan pandemiya adlı kabusa qarşı mübarizəyə hamı kimi, Niftulla müəllim də öz xoş töhfəsini vermişdir. Rusiya Federasiyasında çalışan iş adamlarımız daim Azərbaycanımızla əlaqə saxlayır və imkan daxilində vətəndaşlarımıza öz kömək əllərini mütəmadi uzatmaqdadırlar. Atalarımızın belə bir məsəli var: «Sağ əlin verdiyini sol əl bilməməlidir». Bu kəlamı həmişə özlərinə deviz kimi seçən eloğlularımız haqda silsilə yazılar hazırlamaq biz jurnalistlərin peşə borcudur. Onu da xüsusilə qeyd edək ki, bu yaxınlarda xalqımız əsas düşmənlə – erməni mənfurları ilə mübarizəyə qalxdılar. Uzun illər işğal altında olan torpaqlarımız şanlı ordumuzun, Ali Baş Komandanımızın rəhbərliyi sayəsində işğaldan azad olundu. Həmin 44 gün ərzində dünyanın hər bir bölgəsində yaşayan azərbaycanlıların ürəyi Vətəndə döyünürdü. O cümlədən, Niftulla və onun kimi oğulların maddi və mənəvi dəstəyi döyüş bölgələrində də əsgər və zabitlərimizə ruh yükəskliyi verdi. Biz də bir yazar olaraq inanırıq ki, Vətənin dar günündə eli-obası ilə bir olan oğullar ölkə rəhbərliyi tərəfindən də öz layiqli qiymətlərini həmişə almış və bu gün də alacaqlar.

Niftulla Niftullayevin atası – 91 yaşlı Tahir müəllim də aldığı təqaüddən 1000 AZN (min manat), qardaşı, iş adamı Səhər Niftullayev isə öz hesabından 20.000 AZN (iyirmi min manat) Azərbaycan Ordusuna, cəbhə bölgəsinə yardım ediblər. Bir sözlə hər bir vətəndaşımız öz sahəsində qələbə üçün əlindən gələni əsirgəmirdi. Bu bir daha sübut etdi ki, biz birlikdə güclüyük. Diaspora sədrinin qardaşı Səhər Niftullayevlə görüşüb gördüyü işlərlə bağlı mühasibə apramaq istəsək də, təvazökarlıq edib buna ehtiyac olmadığını bildirmişdir. Eyni zamanda, qeyd etmişdir ki, bu, bizim sadəcə, vətəndaşlıq borcumuzdur. Torpaqlarımızın işğaldan azad olunacağı günü səbrsizliklə gözləyən, dövlətimizə, Ali Baş Komandan cənab İlham Əliyevə və şanlı Azərbaycan Ordusunun şücaətinə həmişə sadiq olub və inanan insanlardan biri də məhz Səhər Niftullayev olmuşdur. O, Ali Baş Komandanın daxili və xarici siyasətini daim dəstəkləmiş və onun qələbə çalacağına inanırdı.

Həmçinin, Niftullayev qardaşları xəstəxanalarda müalicə alan yaralı əsgər və zabitlərimizə maddi və mənəvi cəhətdən dəstək olmuşlar. Onlar məhz bu yolla dövlətimizə, ordumuza dəstək olmağı qarşılarına məqsəd qoymuş, xeyirxahlıqları ilə hamıya nümunə olmağa çalışmışlar. Bununla da vətənimizə, dövlətimizə layiq vətəndaş olduqlarını əməli fəaliyyətləri ilə sübut etmişlər.

Doğru deyirblər ki, xeyirxahlıqla xeyriyyəçilik eyni kökdən qidalanır. Bu xeyirxahlığın önündə insan əməyinin qiyməti və zəhmətsevərliyi dayanır.

Daim süfrəniz ruzili, çırağınız yanar olsun, əziz həmvətənlərimiz!

Tanrı sizə yar olsun!

Eldəniz Elgün

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …