Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Üzlənən binalarla bağlı yeni qalmaqal: Polislər sakinləri sakitləşdiriblər

Üzlənən binalarla bağlı yeni qalmaqal: Polislər sakinləri sakitləşdiriblər

Xətai rayonu, Zığ yolu – 16 ünvanında binanın yanmasından sonra yeni üzlənən digər binaları təhlükədən qorumaq üçün “yol” tapılıb.
Sakinlərin İnterpress.az-a verdiyi məlumata görə, hadisədən sonra bəzi sakinlər öz təşəbbüsləri ilə binaların üzərinə vurulan penoplastları (sintetik poliuretan) sökür.
Polislər penoplastları sökən sakinləri sakitləşdirərək, yaxın zamanda məsələnin həll ediləcəyini bildirib.
“Bizə dedilər ki, binaları yanğından qorumaq üçün çıxış yolu tapılıb. Binaların birinci mərtəbəsində penoplastlar söküləcək və yerinə ağlay vurulacaq. Yəqin elə düşünürlər ki, yanğın ancaq birinci mərtəbədən başlaya bilər. Əgər yanğın digər mərtəbədən başlasa, bunun qarşısını necə alacaqlarını düşünməyiblər” – deyə sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, binalarda yanğın təhlükəsinin qarşısını almaq üçün nəzərdə tutulan vasitə kifayət etməyəcək: “Bizə bildirildi ki, prezident bu yoldan keçəndə yanmış bina ilə bağlı tapşırıq verib və digər binalarda yanğın təhlükəsinin qarşısını almaq üçün tədbir görülməsini tapşırıb. Ancaq bu tapşırığın necə yerinə yetiriləcəyi ilə bağlı bizdə narahatlıq var. Əgər ancaq birinci mərtəbələrə ağlay vurulacaqsa, o zaman yanğın təhlükəsini tam aradan qaldırmaq mümkün olmayacaq”.
Sakinlər narahatlıqlarını diqqətinə çatdırmaq üçün yaxın günlərdə Prezidentə müraciət edəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın