Bazar , Fevral 25 2024
Ana səhifə / Aktual / Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm” – FOTO

Üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi: – “Bu gecə Azərbaycanı tərk edəcəm” – FOTO

Bakıda üzərində Ermənistan bayrağı olan avtomobilin sahibi danışıb.

Azinforum.az-ın məlumatına  görə, avtomobilin sahibi Şahin Xanəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:

“Avtomobili 4-5 il bundan öncə Bakıdakı avtosalondan almışam. Həmin loqo illərdir avtomobilin üzərindədir. Həmin emblemə fikir verməmişəm. Fikir versəydim, elə həmin dəqiqə silərdim. Rəngin uyğun gəlməsi o demək deyil ki, Ermənstan bayrağıdır. Hərə bir cür fikirləşir, yazır, paylaşır. Çexiyada yaşayıram. Bu gün səhər saatlarında ölkəyə gəlmişəm və axşam qayıdacam. Orada Azərbaycanın bayrağını hər zaman qaldırmışam, gəlib öz Vətənimdə Ermənistan bayrağını qaldırmayacam ki?!”.

Qeyd edək ki, bu gün sosial şəbəkədə üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil fotoları yayılıb.

Həmçinin oxuyun

Fransa Qarabağda yeni müharibəyə zəmin hazırlayır? – VİDEO

Ermənilərdən daha çox erməni kimi davranan Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi texnika göndərəcəyini bildirmişdi. …