Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

“Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır”.
Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir: “Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətlərin üstünün açılma faizi isə çoxalır”.
R.Usubov Ağstafada ölümlə nəticələnən qətl hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddətli dava olub: “Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur”.
Report

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …