Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / ÜST: Vaksin üçün 7-8 ən yaxşı namizəd var

ÜST: Vaksin üçün 7-8 ən yaxşı namizəd var

Koronavirusa qarşı vaksin üçün təqribən 7-8 ən yaxşı namizəd var.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Hebreyesus bildirib.

Onun sözlərinə görə, 40 ölkənin liderlərinin, təşkilat və bankların tədqiqat, müalicə və test üçün vəd etdikləri 7,4 milyard avronun (8 milyard dolların) dəstəyi ilə çevik səylər göstərilir.

ÜST rəhbəri, həmçinin deyib ki, 8 milyard dollar yetərli deyil. Vaksinin yaradılmasının sürətləndirilməsi, onun hamıya çatması, heç kimin kənarda qalmaması üçün yetərincə istehsal edilməsi üçün əlavə vəsait lazımdır.

“İndi yaxşı namizədlərimiz var. Ən yaxşıları yeddi, ya da səkkizdir. Namizədlərin ümumi sayı yüzdən çoxdur. Amma biz onların yalnız bir neçəsinə bel bağlayırıq. Çox güman, ən yaxşı nəticələri əldə etməyi və yüksək potensiallı namizədləri hərəkətə gətirməyi də, onlar bacaracaqlar”, – deyə baş direktor qeyd edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …