Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Aktual / Uşaqların döyüldüyü bağçanın müdiri polisə aparıldı

Uşaqların döyüldüyü bağçanın müdiri polisə aparıldı

Bu gün uşaqların müəllimə tərəfindən döyülməsi ilə gündəmə gələn “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova polisə çağırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Real TV məlumat yayıb. Qeyd olunub ki, N. Müseyibova Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.
Qeyd edək ki, azxeber.com saytı bu gün sözügedən uşaq bağçasında tərbiyəçi Firuzə Tağıyevanın uşaqlarla kobud rəftarını əks etdirən görüntülər yayılıb. Daha sonra bağça fəaliyyətini dayandırıb.

Həmçinin oxuyun

“Qorbaçov “peşka” idi, SSRİ-ni Andropovun adamları dağıtdı- MÜSAHİBƏ

SSRİ-nin süqutundan illər keçsə də, bu böyük imperiyanın dağılma səbəbləri hələ də müzakirə olunur. SSRİ-nin …