Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Uşaqları küçəyə anası atıb… – Yenilənib + Video

Uşaqları küçəyə anası atıb… – Yenilənib + Video

“Bərdədə küçədə tapılan iki uşağın sağlamlıq vəziyyəti yaxşıdır”.

Bu barədə “Qafqazinfo”ya Bərdə rayon Mərkəzi Xəstəxanasının metodisti Nərmin Abbasova məlumat verib.  O qeyd edib ki,  xəstəxana uşaqları nəzarətinə götürüb: “Uşaqların biri 10 aylıq, digəri isə 1 yaş 7 aylıqdır. Vəziyyətləri yaxşıdır. Hazırda  prokurorluq məsələni araşdırır”.

***

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Trend-ə bildirib ki, uşaqlarla bağlı bütün lazımı tibbi tədbirlər görülüb və onlarda heç bir problem aşkarlanmayıb.

Baş həkimin sözlərinə görə, uşaqları toya gələn valideynlərin atması ehtimal edilir. Çünki körpələr şadlıq sarayının qarşısında tapılıb və ola bilər ki, toydan içkili çıxan valideyn onları orada unudub.

***

“Report”un məlumatına görə, uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.


Həmçinin oxuyun

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?- Açıqlama

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə …