Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Aktual / “Uşaqlar vaxtında peyvənd olunsaydı, belə vəziyyət yaranmazdı“ – İnfeksionistdən etiraz

“Uşaqlar vaxtında peyvənd olunsaydı, belə vəziyyət yaranmazdı“ – İnfeksionistdən etiraz

“Uşaqlarda xəstəlik hallarının görülməsi təbiidir. Çünki uzun müddətdir ki, təhsil müəssisələri qapalı idi. Tədris müəssisələrin açılması yenidən sıx kontakta şərait yaradır”.

Bunu Yenisabah.az-a açıqlamasında infeksionist Nicat Əzimli bildirib.

Xatırladaq ki, ənənəvi təhsilə qayıdış koronavirusa yoluxma sayına təsir göstərib. Şagirdlər, tələbələr arasında COVID-19-un yayılması xəbərlərinə ötən gün artıq bir orta şagirdin ölüm ilə bağlı məlumat da əlavə olunub.

Nicat Əzimlinin sözlərinə görə, uşaqlar arasında vaksinasiya əvvəlcədən tətbiq edilsəydi, onlar xəstəlik qarşısında müdafiəsiz qalmazdı:

“Uşaqlar arasında vaksinasiya tətbiq olunmurdu. Bu da öz növbəsində, uşaqların xəstəliyə qarşı müdafiəsiz qalması deməkdir. Lakin ağırlaşmalara gəldikdə, virusun indiki variantları böyüklərdə daha çox ağırlaşma halları ilə müşahidə olunur. Uşaqlarda isə əvvəlkindən fərqli olaraq daha çox simptomatik xəstəliklə özünü göstərir”.

Həmçinin oxuyun

Səbuhi Abbasov: “Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi fikirlər regionun siyasi mənzərəsinin real təsviri idi”

Bu sözləri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidenti İlham …