Ana səhifə / “Uşaqlar da deyir, atamız gedib…” – Video

“Uşaqlar da deyir, atamız gedib…” – Video

Bu gün mərhum xalq artisti Səyavuş Aslanın doğum günüdür.

 

Axar.az xatırladır ki, Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

 

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Səyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. O, 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonunadək orada çalışıb.

 

Səyavuş Aslan çoxlu sayda film və televiziya tamaşalarında baş rolların ifaçısı olub.  O, “Hamlet”, “Böyük Romul”, “Yaşıl eynəkli adam”, “Qayınana əməliyyatı”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində yaratdığı bir-birindən maraqlı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb.

 

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2013-cü il iyunun 25-də “Şərəf” ordeni alıb.

 

Qeyd edək ki, böyük sənətkar Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

 

Səyavuş Aslanın canlandırdığı obrazların ən maraqlı, yaddaqalan ifadələrini  təqdim edirik:

 

“Yalansa fransuzski ilan vursun elə səni” (“Yol əhvalatı”)

 

“Uşaqlar da deyir ki, atamız gedib pul qazanmağa” (“Bəyin oğurlanması”)

 

“Pul əl çirkidir, çox pulla məşğul olma, kitab oxu, kitab!” (“Evləri köndələn yar”)

 

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın