Ana səhifə / Aktual / “Uşaq Qaynar Xətti” artıq Göygöldə

“Uşaq Qaynar Xətti” artıq Göygöldə

Uşaqlar adətən üzləşdikləri çətinliklər – onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq Qaynar Xətt xidmətinə ehtiyacı var.

Bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan Uşaq Qaynar Xətt xidməti yaradıldı.

2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verildi.

Fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …