Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Urqantın verilişində erməni lətifəsi – “Bütün xalqı təhqir etdin”+Video

Urqantın verilişində erməni lətifəsi – “Bütün xalqı təhqir etdin”+Video

Rusiyanın “Birinci kanalı”nda yayımlanan tanınmış teleaparıcı İvan Urqantın verilişində ermənilərlə bağlı maraqlı məqam olub.

“Qafqazinfo” xəbər verir ki, proqramın “Vzqlyad snizu” adlanan və uşaqlarla söhbətə həsr olunan rubrikasında bu dəfə balacalardan lətifə danışmaları istənilib. Azyaşlının ermənilərlə bağlı lətifəsi aparıcı ilə aralarında maraqlı dialoqa səbəb olub.

Balaca qızın dilindən verilən lətifə ilə qonşu xalqların folklorunu, xalq musiqisini, mətbəx nümunələrini, xalça, rəqslərini, musiqi alətlərini və sairi mənimsəməsi ilə tanınan ermənilərə “söz atılıb”. Lətifədə deyilir: “Erməni birinə yaxınlaşır: “Oy, necə də cavan erməni ölüb”. Həmin adam isə deyir: “Siz Aleksandr Puşkin haqqında danışırsınız?. O ki rus şairidir”. Erməni isə “Nə rus şairi, nə Puşkin, görmürsən yazılıb: Qazon Zaseyan (ot örtüyü əkilib-red.)” deyir”.

Aparıcı Urqant lətifənin şovinist xarakterli olduğunu və bütün erməni xalqını təhqir etdiyini deyib. Daha sonra “bu lətifəni hansısa erməniyə danışmısan” deyə soruşub. Qız isə Ermənistana gedərsə danışacağını bildirib. Urqant ironiya ilə elə Ermənistan gömrüyündən keçərkən danışmasını məsləhət görüb.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …