Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “”Unibank” filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən…” – GİLEY

“”Unibank” filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən…” – GİLEY

Mürvət Rəhmli adlı şəxs Unibank-dan şikayət edib.

Şikayəti olduğu kimi təqdim edirik:

“Şikayətim Unibank-dandır və informasiya xarakterlidir. Əgər biznes sahibisinizsə və ya VÖEN ə bağlı biznes kart açmaq lazımdırsa, qəti şəkildə Unibank-dan uzaq durun. Səbəb: Ən sadə köçürmə üçün belə mütləq işi gücü atıb hər dəfə filiallarına getməyə borclu olacaqsız.Ölkə xaricində olanlara ümumiyyətlə ağlamalı vəziyyətdi. Siz işdəsiz və xidmət göstərirsiz, müqavilələr bağlayırsız amma ödəniş etmək üçün hər şeyi atıb Unibank filialı axtarmaq lazımdır ki, gedib əsəblərini və vaxtını növbələrdə çürüdəsən. Mobil proqram, İnternet banking, biznes sahiblərinə 10 dəq də xidmət və s. reklam şüarlarına inanmayın. Hal-hazırda fakt budur. Mən də indi qarşı şirkətə ödəniş etməliyəm və bunun üçün 600km yol gedib gəlməliyəm Unibank filialı tapmaq üçün”.
//365.az//

Həmçinin oxuyun

Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist …