Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Ümidvarıq ki, bu seçkilər xalqın seçimini əks etdirəcək” – ATƏT-in koordinatoru

“Ümidvarıq ki, bu seçkilər xalqın seçimini əks etdirəcək” – ATƏT-in koordinatoru

 

 “Ümidvarıq ki, bu seçkilər xalqın seçimini əks etdirəcək”.
Bunu jurnalistlərə ATƏT-in Parlament Assambleyasının qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) deyib.
“Azərbaycan xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Sizə ən xoş arzularımı çatdırıram”, – missiyanın koordinatoru bildirib.
Öz növbəsində, ATƏT-in Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri Marqret Kiner Nellen (İsveçrə) missiyanın tərkibi barədə danışıb: “Bu gün Azərbaycanda keçirilən seçkiləri ATƏT-in bütün ölkələrindən ümumilikdə 300-ə yaxın müşahidəçi, o cümlədən ATƏT ölkələrindən 50-dən parlamentari müşahidə edir. Hesab edirəm ki, işimiz məhsuldar və həm Azərbaycan, həm də xalqınız üçün yararlı olacaq”.
Report

 

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …