Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Ümid edirik ki, Əli İnsanov, Taleh Bağırzadə də əfv olunar”

“Ümid edirik ki, Əli İnsanov, Taleh Bağırzadə də əfv olunar”

“Biz 30 ildir ki, siyasi məhbus məsələsi ilə məşğuluq. Bu müddət ərzində bizim siyahıdan müxtəlif illərdə 716, 300, 150 nəfər də azadlığa çıxıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”ın canlı efirində çıxış edərkən deyib. 

O bildirib ki, bu gün Qarabağ məsələsi qabaqda ola-ola Avropa Şurasından siyasi məhbus məsələsi ilə bağlı gələn sözləri qəbul edə bilmirik: “Ona görə də Azərbaycanda siyasi məhbus məsələsi ortadan qalxsın deyə, ölkə başçısına da məktub yazmışıq. Əfv Komissiyasına da siyahı vermişik. Dilimizin uzun olması üçün siyasi məhbus məsələsi qurtarmalıdır”.

N. Cəfəroğlu qeyd edib ki, siyahılarında jurnalistlər, bloggerlər, nidaçıların adları var: “Həmçinin Nardaran hadisələrində tutulanların da adları var. Biz ümid edirik ki, bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər”.G

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …