Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ümid edirəm ki, qrup oyunlarında iştirak edəcəm” – Cavid Hüseynov

“Ümid edirəm ki, qrup oyunlarında iştirak edəcəm” – Cavid Hüseynov

“Qəbələ” futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynov vəkili ilə görüşüb.

Vəkil Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Cavid həm “Qarabağ”ı, həm də “Qəbələ”ni təbrik edib: “Hər iki komandanın qrupa düşməsinə çox sevinir. Dedi ki, “Qəbələ” onun ümidlərini doğruldub. Arzusu budur ki, klubu daha çox uğurlar qazansın”.

Vəkil həmçinin qeyd edib ki, Cavid klubun növbəti oyunlarında iştirak edəcəyinə ümid edir: Dedi “mən klubun kapitanı olmuşam, çox istərdim ki, son iki oyunda iştirak edim”. Ümid edir ki, qrup oyunlarında iştirak edəcək. Cavid Azərbaycan futboluna öz töhfəsini vermək istəyir”

Vəkil əlavə edib ki, Cavid Hüseynov təcridxanada gününü daha çox kitab oxumaqla keçirir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın