Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Xarıbülbül” sənət və xeyriyyə sərgisi həyata keçirilib

Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Xarıbülbül” sənət və xeyriyyə sərgisi həyata keçirilib

Bakı Gənclər Mərkəzinin və Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Xarıbülbül” sənət sərgisi və xeyriyyə yarmarkası həyata keçirilib.

 Əvvəlcə tədbir iştirakçıları  Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar, Ulu Öndər yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Ulu Öndərin gənclərə olan diqqət və qayğısından danışıb. Nərgiz Babayeva çıxışının sonunda sərgi iştirakçılarını nümayiş olunan əl işlərini izləməyə və xeyriyyə yarmarkasında fəal iştirak etməyə dəvət edib.

Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müşaviri Vüqar Əliyev öz çıxışında  istər dövlət, istərsə də vətəndaşlar tərəfindən hər zaman əlilliyi olan şəxslərə göstərilən xüsusi diqqətdən danışıb.

Vətən müharibəsi iştirakçılarının və əlilliyi olan şəxslərin iştirakı ilə 10-dək sənət növü (xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma və s.) üzrə 1000-ə yaxın əl işi nümayiş olunduğu, açıq havada təşkil olunan sərgiyə ictimaiyyət nümayəndələrinin marağı böyük olub. 

Qeyd olunan “Xarıbülbül” sənət və xeyriyyə yarmarkasının təşkilində məqsəd əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə tanıtmaq, əl işlərinin satışına dəstək göstərməkdir. 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …