Şənbə , May 28 2022
Ana səhifə / Aktual / Ukraynanı fəlakətə sürükləyən iki amil: Putini şovinistliyi, Zelenskinin diletanlığı…

Ukraynanı fəlakətə sürükləyən iki amil: Putini şovinistliyi, Zelenskinin diletanlığı…

Rusiyanın Ukraynaya təcavüzünü birmənalı pisləyirəm. Ancaq gəlin hadisələrin bu axarda getməsində Zelenskinin də buraxdığı səhvlərdən danışaq. Yaxşı siyasətçi, dövlət rəhbəri odur ki, xalqını, dövlətini mümkün təhdidlərdən, hətta işğaldan qoruya bilsin. Bunun üçün heç də əlinə silah alıb, özündən qat-qat güclü ölkə ilə vuruşmamalısan. Hədəfdən yayınmağın başqa diplomatik yolları da var.

Rusiyanın daxilində baş verən bənzər bir nümunəni diqqətinizə çatdırıram. Ötən əsrin 90-cı illərində Dudayev adlı çeçen lider öz xalqını Rusiyaya qarşı mübarizəyə səslədi, hətta həmin ölkə ilə açıq müharibə də apardı. Çünki ixtisasça hərbçi olan Dudayevi Qərb və ABŞ-ın hiyləgər siyasətçiləri aldadıb torlarına sala bilmişdi.

Onun inandırmışdılar ki, Rusiyanın sonudur, balaca dirənişlə çeçenlər müstəqil dövlətlərini qura biləcəklər. Sonunu gördük, çeçenlə az qala millət olaraq tam assimilyasiya olunmaqdan güc-bəla ilə canlarını qurtara bildilər.

Həmin vaxtlarda Rusiyadan ayrılmaq, onlara dirəniş göstərmək, hətta müharibə etmək üçün tatrarlar çeçenlərdən qat-qat artıq gücə malik idi. Ancaq tatarların ağıllı lideri Miytemir Şaymiyev bu yolu seçmədi. Hazırda sayı 10 milyondan artıq olan tatarlar Rusiyanın daxilində əsl söz sahibidirlər. Tatarıstan bir subyekt olaraq Rusiyanın tərkibində tam fərqli imtiyazlara sahibdir. Putin həmin subyektlə əksər məsələlərdə hesablaşmağa məcburdur. Əsl siyasət budur!

Xalqın, ölkənin taleyi ilə oynayıb populyarlıq qazanmağın yolu asandlr, ancaq onun buraxdığı fəsadları düzəltmək çətindir. Bu gün Ukraynanı izlədiyimiz fəlakətə nə qədər Rusiyanın şovinist və imperialist siyasəti saldısa, bir o qədər də Zelenskinin diletant siyasətçi olmağı sürüklədi.

Hələlik Ukraynanın yaraları istidir. Öz liderinin ətrafında sıx birləşməyə məhkumdur. Ancaq zaman gələcək Ukrayna xalqı ən böyük sorğunu məhz Zelenskiyə ünvanlayacaq. Ondan soruşacaq: Ölkəmizi niyə bu günə qoydun?

Əslində bunun ən doğru cavabını Zelenski müharibənin gedişində bir neçə dəfə verib. Açıq etiraf edib ki, NATO və Qərb onu aldadıb. Həmin dairələri Ukraynaya lazımi dəstək verməməsinə görə publik olaraq tənqid edib. Deməli, Zelenski mahir siyasətçi olmadığından bu gün qeyri-bərabər döyüşdə Ukraynanın məhvini, hətta perspektivdə bir neçə yerə parçalana biləcəyini seyr edir…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir” — Nəsiman Yaqublu

Düz 104 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına …