Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Ukraynalı pulemyotçu qadın separatçılarla döyüşdə həlak olub

Ukraynalı pulemyotçu qadın separatçılarla döyüşdə həlak olub

Ukraynanın şərqində, Donbassdakı təmas xəttində aprelin 2-də baş vermiş döyüşlər zamanı separatçılara qarşı döyüşən məşhur pulemyotçu qadın, “İfritə” ləqəbli Yana Çervona həlak olub. 

Virtualaz.org xəbər verir ki, bu barədə pulemyotçu qadının xidmət etdiyi “Donbass” batalyonunun komandiri Vyaçeslav Vlasenko bildirib.

Onun sözlərinə görə, Yananın olduğu döyüş mövqeləri üzərində separatçıların pilotsuz aparatı fəaliyyət göstərirdi. “Bizim mövqelərdən təxminən min metr yüksəklikdə işləyirdi. Görünür atəşi o korrektə edib”-komandir bildirib.

Döyüşlər zamanı Yana ilə yanaşı bir neçə ukraynalı hərbçi də həlak olub. Döyüşlər başa çatandan sonra məlum olub ki, Yananın olduğu səngərə müxtəlif kalibrli 4 minaatan mərmisi düşüb. “Bizim hərbçilər nəinki 120 millimetrlik, eləcədə 152 millimetrlik mərminin qalıqlarını tapıblar. Cəmi 4 mərmi düşüb. Bu cəhənnəmdə Yana Çervonanın sağ qalmaq üçün heç bir şansı yox idi”-komandir deyib.

Yana Çervona 2014-cü ildə Xarkovda Avromaydan tərəfdararının aksiyalarında iştirak edib, könüllü olub. Müharibə başlayanda “Aydar” batalyonunda xidmət edib, 2016-cı ildən “Donbass” batalyonuna keçib. Onun özündən sonra oğlu və qızı qalıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …