Ana səhifə / Ukraynalı deputat Azərbaycan mahnısı oxudu

Ukraynalı deputat Azərbaycan mahnısı oxudu

Ukrayna Ali Radasının deputatı Zlata Oqneviç “Gəl ey səhər” adlı Azərbaycan mahnısını ifa edib.

Virtualaz.org bildirir ki, bu barədə məlumat Azərbaycanın Ukraynadakı səfirliyinin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, mahnının sözləri şair Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsusdur.

Yeri gəlmişkən, Z. Oqneviç Ukraynanı 2013-cü ildə “Eurovision” müsabiqəsində təmsil edib. Ötən il keçirilən növbədənkənar parlament seçkilərində Radikal Partiyasından deputat seçilib.

Nə üçün məhz bu mahnıya müraciət etməsinə gəlincə, müğənni-deputat deyib ki, onu ifa etməklə Azərbaycanın mədəni irsinə sevgisini, Azərbaycan xalqının ənənələrinə hörmətini və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətini bildirmək istəyib.

Onu da qeyd edək ki, Zlata Oqneviçin bu mahnını ifa etməsi ideyası azərbaycanlı prodüser, layihənin art-direktoru Ömər Əbdülkərimova məxsusdur.

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın