Bazar , Sentyabr 23 2018
Ana səhifə / Aktual / Ukraynada Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar boks yarışı keçirilib

Ukraynada Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar boks yarışı keçirilib

Ukraynanın Vinnitsa şəhərində Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan kəmər uğrunda peşəkar boks üzrə yarış təşkil olunub.

“Report”un məlumatına görə, “Heydər Əliyev adına Dünya Boks Komitəsi” (“World Boxing Committee Haydar Aliyev – WBCA) tərəfindən keçirilən yarış şəhərin yaranması gününə təsadüf edib.

“Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri Yaşar Niftəliyev bildirib ki, 12 raundluq görüş ağır çəkili almaniyalı peşəkar boksçu Aleksandr Frank və Macarıstandan olan peşəkar boksçu Zoltan Petranyi arasında baş tutub.

Görüş almaniyalı boksçunun rəqibini vaxtından əvvəl nokauta salaraq qələbəsi ilə nəticələnib.

Həmçinin oxuyun

Ölünü məhkəməyə çağırdılar, intəhası dirilib gələ bilmədi – Azərbaycanda

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) …