Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ukraynada baş verən hadisələrdə indiyə qədər Azərbaycanın 5 vətəndaşı həlak olub.

“ Azinorum.az ” xəbər verir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlayıb.

O qeyd edib ki, bu günə kimi 4000-ə yaxın azərbaycanlı Ukraynanı tərk edib: “Hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov-Moldova istiqamətində yola düşüb. Vətəndaşlarımızın sərhədi keçidinə dair ən çox sıxlıq Ukraynanın Moldova və Rumıniya sərhədində, daha sonra isə Polşa sərhədində müşahidə olunur”.

Nazirlik rəsmisi vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycan vətəndaşlarının Polşadan gətirilməsi üçün də çarter reysi təşkil olunacaq.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …