Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ukraynada azərbaycanlıların qoyduğu abidə təhqir edildi – VİDEO

Ukraynada azərbaycanlıların qoyduğu abidə təhqir edildi – VİDEO

Ukraynanın Odessa şəhərində yerləşən “Azərbaycan” parkında qoyulmuş daş abidə naməlum şəxslər tərəfindən basqıya məruz qalıb.

AzNews.az xəbər verir ki, abidənin üzərinə “kelt xaçı” çəkilib.

Abidə bir həftə bundan əvvəl korlansa da, şəhər rəhbərliyi hələlik buna heç bir reaksiya verməyib.

“Azərbaycan” parkının təqdimatı Azərbaycan Dövlət Neft şirkətinin təşkilatçılığı ilə şəhər günləri çərçivəsində 2013-cü ilin sentyabrın 3-də keçirilib. Həmin gün parkda ilk simvolik daş abidə qoyulub. Rəsmi təqdimat mərasimində Odessa şəhərinin meri Aleksey Kostusev, Azərbaycanın Ukraynadakl fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak edib.

Konsepsiyaya görə, park Odessa hüquq akademiyası yaxınlığında, Bolşoy Fontan 4-cü stansiyasında 2 hektar ərazidə inşa olunmalı idi. Parkın bütün ərazisi ekzotik bitkilərlə əhatə olunmalı, ortada böyük fəvvarə qurulmalı və Azərbaycan tarixini və mədəniyyətini əks etdirən arxitektur tikililər inşa edilməli idi. Parkın tikintisini SOCAR-ın Ukrayna nümayəndəliyi öz boynuna götürmüşdü. Tikinti işləri Odessa şəhərinin 220-ci ildönümünə qədər bitməli idi. Lakin qeyri-müəyyən səbəblərdən tikinti başa çatmayıb.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Novosti.az-a deyib ki, SOCAR-ın qoyduğu abidənin üzərinə xaçı separatçılar çəkə bilər. Odessa, Xarkov, Nikolayev, Dnepropetrovsk şəhərlərində fəaliyyət göstərən silahlı qruplaşmalar təxribatçılıq halları törədir.

“SOCAR-ın Ukraynadakı fəaliyyəti göz qabağındadır – kompaniya burada bir sıra layihələrdə iştirak edir, həmçinin humanitar aksiyalar təşkil edirlər. Mən özüm tez-tez Ukraynada oluram, SOCAR-ın işi barədə müsbət xəbərlər eşidirəm. Ukraynada bir çox avtomobillər SOCAR benzini ilə işləyir. Bu isə bəzi bədxahların, xüsusən də separatçıların xoşuna gəlmir”- analitik qeyd edib.

Şahinoğlu həmçinin deyib ki, orada yaşayan ermənilər də təxribat törədə bilər. Belə ki, Odessada ikinci Maydan hadisələri zamanı həmkarlar ittifaqlarının binası yandırılmışdı ki, nəticədə onlarla insan həlak olmuşdu. Donbasda separatçılar şəhəri ələ keçirmək istərkən hakimiyyət buna mane olmuşdu.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …