Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ukraynada Anarı güllələyən Cabbar peşəkar idmançıdır – Fotolar

Ukraynada Anarı güllələyən Cabbar peşəkar idmançıdır – Fotolar

Aprelin 24-də Ukraynanın Dnepr şəhərinin mərkəzində 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer – Yusifov Cabbar Asif oğlu haqqında yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo” “Detective-Info” saytına istinadən xəbər verir ki, 27 yaşlı Azərbaycan vətəndaşı Cabbar Yusifov (Azərbaycanda idman sahəsində Cabbar Nəcəfov kimi tanınır) Rusiyada əlbəyaxa və qarışıq döyüşlərlə məşğul olub, pankration üzrə Rüsiya birinciliklərində dəfələrlə qalib gəlib, daha sonra Azərbaycana köçüb, burada yunan-Roma güləşi ilə məşğul olub, Azərbaycan çempionatında, dünya və Avropa birinciliklərində qalib gəlib, 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edib, gümüş medal qazanıb. Cabbar 2016-cı və 2018-ci illərdə Krımda qarışıq döyüş növləri üzrə turnirlərdə və Krasnodarda döyüş turnirində iştirak edib. 

Ukraynaya gəldikdə isə, qətldən iki ay əvvəl əsəbi olması ilə diqqət çəkən Cabbar Yusifov (Nəcəfov) hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışdı. Məhkəmə materiallarında bildirilir ki, polisləri görən Cabbar gödəkçəsinin cibindən tapança çıxarıb və ondan qurtulmağa çalışıb.

Kiyevin Peçerski Rayon Məhkəməsi ona 181,6 min qriven girov müqabilində azadlığa buraxılması imkanı ilə həbsdə saxlama şəklində qətimkan tədbiri seçib. Çox güman, o, onu ödəyib, çünki 2 aydan sonra qətl törətdiyi yerdən qaçarkən müşahidə kameralarının obyektivlərinə tuş gəlib. Hazırda Cabbarın axtarışları davam etdirilir.

Qeyd edək ki, C.Yusifovun (Nəcəfov) qurbanı A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən avtomobildə Anar Məmmədovun azyaşlı oğlu da olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …