Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Ukrayna geri çəkilmə qərarı aldı, Rusiya isə…

Ukrayna geri çəkilmə qərarı aldı, Rusiya isə…

Ukrayna Baş Qərargahı xüsusi əməliyyat qruplarının komandiri general Viktor Horenkonu Baxmutda mühasirəyə alınmaq üzrə olan qoşunları daha çox itki vermədən geri çəkmək üçün bölgəyə göndərib.

Beləliklə, xüsusi əməliyyat bölmələri təxminən 25 min əsgərdən ibarət əsas qüvvənin 30 km Ukrayna ərazisinə çıxarılmasını təmin edəcək.

6403de4b4e3fe1174cf21bfe.jpg (91 KB)

Nəzarətli geri çəkilmə əməliyyatını dəyərləndirən hərbi ekspertlər bildirirlər ki, Ukrayna ordusunun şəhərdən çıxarılması bu gün axşam saatlarında başa çatacaq.

Ukrayna administrasiyasının Baxmutdan geri çəkilmək qərarını ilk olaraq açıqlayan cəbhədə döyüşən Ukraynanın keçmiş baş prokuroru Yuri Lutsenko olub.

“Dünən axşam Kiyevdən bölməmizə və şəxsən mənə vacib bir mesaj göndərildi. Bizdən Baxmutdan çıxmağı tələb etdilər” – o bildirib.

6403de924e3fe1174cf21c03.jpg (70 KB)

Rus komandanlığı da şəhərdə baş verən proseslər qarşısında daha da fəallaşıb. Müdafiə naziri Sergey Şoyqu dünən Donbas qoşunlarının qərargahına baş çəkib və rus əsgərlərinə medallar paylayıb. “Siz burada inanılmaz qəhrəmanlıq göstərdiniz. Bununla belə, bizi gələcəkdə daha çox iş gözləyir. Hamınıza sağ-salamat evə qayıtmağınızı arzulayıram”, – Şoyqu mərasimdə deyib.

Qeyd edək ki, Rusiyanın Baxmut şəhərini ələ keçirmək üçün dekabr ayında başlatdığı hücum əməliyyatında 13 minə yaxın əsgər itirdiyi iddia edilir. 

Bu şəhərin Rusiyanın nəzarətinə keçməsi Putinin “böyük qələbənin astanasında” olması kimi şərh edilir. Hərbi ekspertlərin fikrincə, Rusiya qoşunları kritik şəhəri ələ keçirsələr, 6 aydan sonra böyük qələbə qazanacaqlar və Donetsk vilayətində qalan sonuncu şəhər mərkəzlərinin də ələ keçirilməsinə yol açılacaq. Bu yolla Rusiya bütün sənaye zonasına nəzarəti ələ keçirəcək. Həmçinin Baxmutun süqutu ilə rus qoşunlarının Ukraynaya irəliləməsi üçün yol açılacaq.

Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …