Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Uğur Şahin: “Koronavirusa qarşı peyvənd gələn ay hazır ola bilər”

Uğur Şahin: “Koronavirusa qarşı peyvənd gələn ay hazır ola bilər”

“BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.

Bu barədə məlumatı “Reuters” yayıb.

“Əgər hər şey planlaşdırdığımız kimi gedərsə, ABŞ-dan təcili vəziyyətdə istifadə icazəsini dekabrın ilk yarısı və ya ikinci yarısının əvvəlində ala biləcəyik”, – U.Şahin bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqından lisenziya isə dekabrın ikinci yarısında veriləcək: “Bunların hamısı qarşıya qoyulan tələbləri ödəməyimizə bağlıdır. Əgər nəzərdə tutduğumuz kimi olsa və lisenziyanı alsaq, peyvəndlərin paylanmasına miladdan (dekabrın 25-dən öncə – “red) öncə başlaya bilərik”.

Qeyd edək ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19 ilə mübarizə üçün üçün 95 % effektiv olduğunu elan edib/Report.

Həmçinin oxuyun

Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb

Qarabağdakı rusiyalı sülhməramlıların rəhbəri, general-leytenant Rüstəm Muradov itkin düşmüş sayılan erməni hərbçilərin valideynləri ilə görüşüb. …