Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Aktual / Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulmalıdır?

Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulmalıdır?

Pandemiyanın ölkəmizdə artan xətlə getdiyi bir vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3-cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir. Üçüncü doza vaksini ilk növbədə 50 yaşdan çox olanlar, xroniki xəstəliyi olanlar, risq qrupuna daxil olan vətəndaşlar vurdumalıdırlar. Bunu Səhiyyə Nazirliyinin infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, vaksin ömürlük deyil, müəyyən zamandan sonra immunitet zəifləyir: “Belə halda imuniteti gücləndirmək üçün mütləq vaksin olunmaq lazımdır. Nəzərə almaq lazımdır ki, payız fəslidir. Havalar soyuyur, belə dövrdə yoluxmaların sayı artır. Delta ştamm Uhanda yayılan virusdan yayılma sürətinə və yoluxduruculuğuna görə daha təhlükəlidir. Üçüncü dozanın əsas əhəmiyyəti vaksinasiyadan əldə etdiyin süni immuniteti möhkəmləndirməkdən ibarətdir. Vətəndaşlarımıza peyvənd vurdurmağı birmənalı olaraq tövsiyyə edirəm.Vaksin vurdurmasalar onlar yoluxa bilərlər.”

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 9 milyon 469 min 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 119 min 77, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 350 min 541 təşkil edir.

Həmçinin oxuyun

Helikopter qəzasına görə məsuliyyət kimindir və kimlər cəzalanmalıdır? – Ekspertlər

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya …