Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Aktual / Ucarda ağır qəza, ata və azyaşlı oğlu öldü – Foto+Yenilənib

Ucarda ağır qəza, ata və azyaşlı oğlu öldü – Foto+Yenilənib

Ucarda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olarkən “Kamaz” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü Elçin Cəlilov hadisə yerində dünyasını dəyişib. Digər üç nəfər sərnişin, sürücünün oğlu Cəlilov İlyas Elçin oğlu, Xəlilov Zaur Balay oğlu və Xəlilova Aysel Balay qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

Belə ki, hadisə nəticəsində ağır xəsarət alan sürücünün oğlu, 2019-cu il təvəllüdlü Cəlilov İlyas xəstəxanada dünyasını dəyişib.

Həmçinin oxuyun

“Sağ olsun, Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi” – Çavuşoğlu

“Bəzi dost, qardaş ölkələr və özəl şirkətlər Türkiyədə yanğınların söndürülməsi və meşələrin mühafizəsində ilk başdan …