Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Aktual / Üç gün əvvəl itən uşağın ailəsi “Ceyranbatan”ın qarşısına toplaşdı – Video

Üç gün əvvəl itən uşağın ailəsi “Ceyranbatan”ın qarşısına toplaşdı – Video

Sentyabrın 2-də itkin düşən uşağın hələ də tapılmamasına görə ailə üzvləri Ceyranbatan su anbarının qarşısına toplaşıb. Onlar xilasedicilərdən uşağı tapmağı tələb ediblər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2 sentyabr 2020-ci il tarixində FHN-in 112 qaynar telefon xəttinə Davudov Yusif Bəhlul oğlunun “Stansiya Sumqayıt” adlanan ərazidə itkin düşməsi barədə məlumat daxil olub:

“Dərhal məlumat aidiyyatı üzrə ötürülərək  Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti və kinoloji xidməti axtarışlara başlayıb. Axtarışlar aparılıb, daha sonra itkin düşən uşağın 9-10 yaşlı dostu deyib ki, Davud orada itməyib, başqa bir yerdə gölməçəyə düşüb. Həmin gölməçə ərazidə təxminən 2 metr dərinliyindədir. Gecə saatlarında həmin gölməçədə axtarışlara başlanılıb. Axtarışlar uzun müddət davam edəndən sonra məlum olub ki, itkin düşən uşaq həmin gölməçədə də yoxdur. Axtarışlar nəticə verməyib.

Daha sonra itkin düşən uşağın həmin dostu bildirib ki, Davud həmin gölməçədə deyil, Samur-Abşeron kanalında əlini yuyarkən yıxılıb suya düşərək boğulub, o da qorxub qaçıb. Bu məlumat əsasında Samur-Abşeron kanalında xüsusi riskli xilasetmə xidməti axtarışlara başlamalı olub. Kanalda çox güclü su axını olduğundan xilasedicilər əraziyə daxil ola bilməyiblər. Su axınının müvəqqəti dayandırılması üçün aidiyyatı qurumlara müraciət olunub. Lakin fəsilə görə həmin su axınını dayandırmaq mümkün olmayıb. Ona görə də hazırda orada axtarış aparmaq həddindən artıq çətindir, suyun axarında xilasedicilərin hərəkət etməsi mümkün deyil. Kanalın həmin hissəsi Ceyranbatan su anbarından 3 kilometr aralı məsafədədir. Uşağın harada itkin düşməsi dəqiq deyil, bütün axtarışlar onun azyaşlı dostunun ehtimalları əsasında aparılır”.

Həmçinin oxuyun

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” – FOTOLAR

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. …