Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Tutulan futbolçunun atası:”Oğlumla maraqlanmamışam”

Tutulan futbolçunun atası:”Oğlumla maraqlanmamışam”

“Nicatın azadlığa buraxılıb-buraxılmamağından xəbərim yoxdu”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Nicat Muxtarovun atası Asif Muxtarov deyib.

22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb. O, həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvü olmaqda ittiham edilir.

Bu gün isə Nicatın azadlığa buraxılması barədə xəbəri yayılıb. Qəribədi ki, futbolçunun atası oğlunun vəziyyəti ilə maraqlanmadığını söyləyib: “Mən sürücü işləyirəm, hazırda rayonda ezamiyyətdəyəm. Buna görə də, heç nədən xəbərim yoxdu. Ümumiyyətlə, bu məsələ ilə maraqlanmamışam, hər hansı bir məlumatım yoxdu. Heç evlə də əlaqə saxlamamışam”.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr havarabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT

Bir cavab yazın