Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Aktual / Türmədə ölən generala Xanlar Vəliyevin protestindən sonra ömürlük cəza verilmişdi

Türmədə ölən generala Xanlar Vəliyevin protestindən sonra ömürlük cəza verilmişdi

Həbsxanada ölən MTN generalı Zakir İsmayılova 2020-ci ildə oxunan hökmlə bağlı bəzi məqamlar ictimaiyyətdə maraq doğurub.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin şöbə müdiri olan Z.İsmayılov arvadı Nəzakət İsmayılova ilə birgə həbs edilib. Onlar hər ikisi xarici ölkələrdən birində casusluq edərək dövlətə xəyanət etməkdə ittiham ediliblər. General və arvadı barədə cinayət işi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılaraq istintaqı aparılıb. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən verilən pul müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb ediliblər.

Zakir İsmayılov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra, 2015-ci ilin oktyabrında “MTN işi”nə görə işdən azad edilib.

Z.İsmayılov MTN-də şöbə rəisi və digər vəzifələrdə işlədiyi dövrdə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun hökmü ilə 2020-ci ilin yanvarında Z.İsmayılov 19 il, arvadı Nəzakət İsmayılova isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Baş Prokurorun müavini – Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu cəzadan narazı qalaraq ağırlaşdırılması üçün protest verib. Bundan sonra həmin ilin fevralın axırında isə Bakı Apellyasiya Məhkəməsi hərbi prokurorun protestini təmin edərək Zakir İsmayılova ömürlük həbs cəzası verib.

Xatırladaq ki, həbsxanada dünyasını dəyişən Zakir İsmayılovun hansı səbəbdən öldüyü hələ ki, açıqlanmayıb. 

Həmçinin oxuyun

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi də …