Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Türkiyənin Suriya və Yəmən siyasətinə Azərbaycan millətçilərindən böyük dəstək

Türkiyənin Suriya və Yəmən siyasətinə Azərbaycan millətçilərindən böyük dəstək

Samir Adıgözəlli: «Biz Yəməndə sırf təriqət maraqlarını önə çəkən başqa ölkələri görürük»
«Türkiyə öz sərhədlərində baş verən proseslərə seyrçi qala bilməz»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana nəzərdə tutulan rəsmi səfərinin tarixi məlum olub. Məlumata görə, Ərdoğan 6-7 aprel tarixlərdə İranda rəsmi səfərdə olacaq. Ərdoğanın Yəməndə baş verən hadisələr zəminində İrana qarşı səsləndirdiyi bəyanat bu ölkəyə əvvəldən planlaşdırılan səfəri barədə bəzi sualların yaranmasına səbəb olmuşdu.
Belə ki, Türkiyə prezidenti İran və terrorçular Yəməndən çıxmalıdır demiş və baş verən hadisələrə müdaxilə edən ərəb koalisiyasına dəstəyini ifadə etmişdi.
Ərdoğanın bu açıqlaması iki ölkə arasında gərginliyə səbəb oldu. Belə ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur Ərdoğanın İran səfərinin təxirə salınmasının labüd olduğunu demişdi: «İrana qarşı səsləndirdiyi bəyanatdan sonra Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin hər hansı bir müsbət nəticəsi olmayacaq. Bu səbəbdən də həmin səfər təxirə salınmalıdır».
Ərdoğan isə açıqlama verərək parlamentdəki hər hansı komissiya sədri ilə həmsöhbət olmadığını, onun səfərlərinin bu cür şəxslər tərəfindən müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, dünyanın bir sıra mətbuat orqanlarında Türkiyənin Yaxın Şərqdə, konkret olaraq Suriya və Yəməndə yürütdüyü siyasətə ikili standartlarla yanaşma adı verilir. İddialara görə, Türkiyə bu məsələdə sırf təriqət maraqlarından çıxış edir. Qeyd edilir ki, Türkiyə Suriyada süni təriqətindən olan silahlı müxalifətə, Yəməndə isə sünnilərin rəhbərlik etdiyi hakimiyyətə dəstək verir.
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında Türkiyə ilə bağlı dünya mediasının səsləndirdiyi iddiaları tam əsassız saydığını bildirdi. DAK funksionerinin sözlərinə görə, məsələ heç də bəsit yanaşmanı qəbul etmir: «Türkiyə bu məsələdə təriqət marağından çıxış etmir. Biz bu davranışlarda Türkiyənin dövləti maraqlarına uyğun şəkildə atılan addımları sezirik. Digər tərəfdən isə, Türkiyə bu istiqamətdə müttəfiq olduğu böyük dövlətlərin marağını da nəzərə alır. Həmin müttəfiqlər isə, başda ABŞ olmaqla, Yaxın Şərq məsələsində Türkiyəyə böyük etibar edir. Türkiyə öz sərhədlərində baş verən proseslərə seyrçi qala bilməz. Suriyadakı prosesləri gördünüz. Bütün qaçqınlar Türkiyəyə pənah apardı. Türkiyənin problemi olduğu kürd faktoru Suriya ilə sərhəddə ciddiləşməyə başladı. Bütün bunlar Türkiyədən incə yanaşma tələb edirdi. Yəməndə baş verənlərlə Suriyadakı prosesləri eyniləşdirmək olmaz. Suriyada münaqişə tərəfləri iki deyil. Yəməndə isə iki qrup bir-birilə hakimiyyət uğrunda mübarizəyə girişib. Biz Yəməndə sırf təriqət maraqlarını önə çəkən başqa ölkələri görürük. Məsələn, İran və Səudiyyə Ərəbistanı. Onların fonunda Türkiyəni təqsirləndirmək haqsızlıqdır».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın