Ana səhifə /
Türkiyənin məşhurları Bakının qonağı oldu – Foto

Türkiyənin məşhurları Bakının qonağı oldu – Foto

Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı baş tutub. 
Musavat.com xəbər verir ki, mərasimdə millət vəkilləri, incəsənət xadimləri, Türkiyənin tanınmış simaları iştirak edib.  Fəxrəddin Manafov “Türk filmləri həftəsi”nə dəvət edilsə də, iştirak etməyib.
Film həftəsi ilə bağlı Bakının qonağı olan Meral Konrad Bakıda olduğu üçün xoşbəxt olduğunu bildirib: “Bu gözəl dəvəti qəbul etdim və Bakıya gəldim. Azərbaycan mənim ikinci vətənimdir. Sizin Təhminəniz olduğum üçün xoşbəxtəm. Yaxşı ki, gəlmişəm. Bu film festivalında Sarp Leventoğlunun da rol aldığı film nümayiş olunacaq. Həm ona, həm də festivala dəstək olmaq üçün Bakıdayam. Festivallar bizim ölkələrimizi daha da yaxınlaşdırır. Azərbaycanda “Təhminə ” filmindən üstün yeni layihənin olmasını istəyirəm. Belə bir layihə də var. İnşallah, həyata keçsin, məlumat verəcəyik”.
Sarp Leventoğlu isə Bakıya ilk dəfə səfər etdiyini deyib: “İlk gəlişimdir. Bakı çox gözəldir. Çox gəzməyə imkanım olmadı. Azərbaycanlıların qonaqpərvərliyi məni xoşbəxt etdi. Festivalda rol aldığım “Dəli ormanlı” filmi nümayiş olunacaq. Film keçmiş boksçunun yenidən rinqlərə qayıtmasından bəhs edir. Azərbaycanlılar da filmi sevdiyi üçün bu gün burdayıq”.
Qeyd edək ki, noyabrın 27-dək davam edəcək Türk filmləri həftəsi çərçivəsində “Kalandar soyuğu”, “Dəli ormanlı”, “Son məktub”, “Birləşən yollar”, “Əlvida, Katya” filmləri nümayiş olunacaq.
 







Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …

Bir cavab yazın