Ana səhifə / Aktual / TÜRKİYƏLİ ESTETİK CƏRRAHIN ƏMƏLLƏRİNDƏN ŞOK ŞİKAYƏT – “HƏYATİ AKBAŞ MƏNİM HƏYATIMI MƏHV EDİB…”

TÜRKİYƏLİ ESTETİK CƏRRAHIN ƏMƏLLƏRİNDƏN ŞOK ŞİKAYƏT – “HƏYATİ AKBAŞ MƏNİM HƏYATIMI MƏHV EDİB…”

Bakı şəhəri  Abşeron rayonu, Gənclər şəhərciyi, blok 1, mənzil 41 -də yaşayan  Hüseynova Dilşad Hüseyin qızı Azərbaycanda bir çox estetik əməliyyatlara imza atan türkiyəli həkim Hayati Akbaşdan şikayətçidir. O, Binəqədi Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin bir sürətini də Azinforum.az saytına göndərib. Şikayətçi iddia edir ki, fırıldaqçı həkim onu 5 dəfə əməliyyat etsə də, onun sifəti hələ də bərbad vəziyyətdədir. Şikayət ərizəsindən görünür ki,  Həyati Akbaşa bu işdə Azərbaycanda fəaliyyət göstərən İstanbul FBM Klinikası  və  Medera Hospital-da  yardımçı olub. Əcnəbi həkimin Dilşad xanımın başına açdığı müsibətlə onun öz şikayət ərizəsindən tanış olaq.

“Bildirirəm ki, 2012-ci ilin noyabr ayının 23-də İstanbul FBM Klinikasında həmin klinikaya dəvət olunmuş Hayati Akbaş tərəfindən gözlərimdə dəri sallanması səbəbi ilə “göz qapaqları” əməliyyatı olunmuşam. Bu əməliyyat üçün mən Hayati Akbaşın tələbi ilə klinikaya 3.500 manat ödədim. Lakin əməliyyat uğurlu alınmadı və nəticəsi demək olar ki, çox fəsadlı oldu.
Bu barədə şikayətlərimi klinikaya bildirdim və Hayati Akbaş məni müayinə edərək təkrar əməliyyatın vacib olduğunu bildirdi. Mən 2013-cü ilin iyun ayının 5-də İstanbul FBM klinikasında təkrar əməliyyat olundum. Əməliyyatdan sonra Hayati Akbaş mənə bildirdi ki, guya göz ətraflarına və yanaqlarıma yağ dolğuları edib və dolğuların haqqı olaraq 1.500 manat ödəməlisən. Mən klinikada 1 gecə qaldıqdan sonra, səhəri gün gətirib Hayati Akbaşın tələb etdiyi məbləği ödədim. Lakin təkrar əməliyyatın da nəticəsi fəsadlı oldu və uğursuzluqla nəticələndi.
Mən yenədə həmin klinikaya getdim və ödədiyim 5.000 manatın qarşılığında və iki dəfə kəskin dozalı “narkoz” almağıma baxmayaraq əməliyyat bu dəfə də uğursuz olduğunu Hayati Akbaşın diqqətinə çatdıraraq ya pulumu geri qaytarmasını, ya da problemi həll etməsini tələb etdim.
Bu zaman, Hayati Akbaş mənə bildirdi ki, əməliyyatın uğurlu olması üçün qaşları dartılmalı və əlavə yağ dolğusu vurulmalıdır. Mən lazımdırsa eləməsini istədim və bu zaman Hayati Akbaş bildirdi ki, bunun üçün əlavə 1.600 manat ödəməlisən. Mən yaxın qohumlarımdan borc alaraq, 1.600 manatı da Hayati Akbaşa ödədim və bildirdim ki, daha pulum yoxdur, işini bu dəfə səliqəli görsün. Hayati Akbaş 11 dekabr 2013-cü ildə məni 3-cü dəfə yenidən əməliyyat etdi və mən palatada olarkən bildirdi ki, heç bir problem yoxdur, bu dəfə əməliyyat çox uğurlu olub.
Lakin, üzümdəki və göz ətrafımdakı şişlər çəkildikdən sonra, baxdım ki, yenədə əməliyyat uğursuz alınıb və üz gözüm yararsız vəziyyətdədir. Hayati Akbaşa zəng vurdum və vəziyyət barədə məlumat verdim. O mənə bildirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Üçüncü əməliyyatdan 4 ay keçdikdən sonra, mən əməliyyat olunduğum klinikaya getdim və orada mənə bildirdilər ki, Hayati Akbaş xəstə fəsadlarına görə klinikadan qovulub, hazırda Medera Hospitalda işləyir.
Mən oradan Medera Hospitala gəldim və Hayati Akbaşla görüşdüm. O mənim üzərimdə aparılmış əməliyyatın fəsadlı olduğunu etiraf etdi və bildirdi ki, burun əməliyyatı olunsan üz gözün qaydasına düşəcək.
Mən artıq tanınmaz haladüşdüyümdən yenədə razılaşdım və əməliyyatı etməsini istədim. Bu zaman Hayati Akbaş mənə dedi ki, bura başqa klinikadı və burada pulu tam şəkildə ödəmək lazımdı. O məndən 3.000 manat tələb etdi, lakin mən 2.500 manat borc toplaya bildim. Aparıb 2.500 manatı Hayati Akbaşa ödədim və o mənim burnumu Medera Hospitalda əməliyyat etdi. Əməliyyatdan sonra isə, palatada yanıma gələrək mənə bildirdi ki, daha heç bir problem olmayacaq. Bu dəfə də burnumda və üzümdə şişlər çəkildikdən sonra, gördüm ki, üz görüntüm daha da bərbad olub. Mən dərhal Hayati Akbaşa zəng vurdum və onu bu barədə iradlarımı bildirdim. Hayati Akbaş məni sakitləşdirməyə çalışaraq bildirdi ki, növbəti ay gəldiyində problemi həll edəcək.
25 iyun 2014-cü il tarixdə Hayati Akbaş məni Medera Hospitala çağırdı və müayinə edərək bildirdi ki, azacıq problem var. Mən problemin azacıq deyil, kifayət qədər olduğunu bildirdim. O məni sakitləşdirərək bildirdi ki, rahat ol, hər şey yaxşı olacaq və bu dəfə problemlər həll olunacaq. Hayati Akbaş mənə bildirdi ki, sənin burnuna qığırdaq qoyulacaq, ona görə 1.000 manat ödəməlisən. Mən ağladım və pulumun olmadığını bildirdim. Bu zaman Hayati Akbaş mənə dedi ki, ödəniş olmasa əməliyyat yenə uğursuz alınacaq. Mən qorxdum və borc xərc tapıb Hayati Akbaşa 1.000 manat pul ödədikdən sonra, o məni əməliyyat etdi.
Əməliyyatdan bir neçə gün keçdikdən sonra, gördüm ki, burnumda və üzümdə olan problem düzəlməyib və əksinə daha da görkəmsiz hala düşmüşəm. Medera Hospitala getdim və orada mənə dedilər ki, Hayati Akbaş gedib Türkiyəyə, gələn ay gələcək. Mən Hayati Akbaşın özünə zəng vurdum və ağlayaraq niyə məni tanınmaz hala saldığını soruşdum. O mənə bildirdi ki, narahat olma, gəlib hər şeyi yoluna qoyacaq. O növbəti ay gəldi və məni müayinə edib bildirdi ki, bir neçə ay keçsin, düzələcək.
26 avqust 2015-ci ildə Hayati Akbaş mənə zəng vuraraq məni Medera Hospitala çağırdı və orada müayinə edərək bildirdi ki, azacıq korreksiya etsə görüntülər düzələcək və üz gözü normal olacaq. Amma əməliyyatın lap yaxşı olması üçün üzgərmə eləmək lazımdır və üz gərilərsə heç bir problem olmayacaq. Üzgərmə üçünsə mütləq ödəniş etmək lazımdır.
Hayati Akbaş bildirdi ki, üzgərmə əməliyyatını 8.000 manata edir. Lakin məni 3.500 manata əməliyyat edəcək. Mən yenədə çarəsiz qalıb gedib borc xərc pul topladım və gətirib Hayati Akbaşa ödədim. Hayati Akbaş məni 6-cı dəfə əməliyyat etdi və bu dəfə heç bir problemin olmayacağına söz verdi. Lakin, 6 dəfə “narkoz” vurulması nəticəsində sinir sistemlərimin pozulmasına və 6 dəfə əməliyyat olunmağıma baxmayaraq yenədə əməliyyat fəsadlıdır. Mən ona zəng vurdum və əməliyyatın yenədə uğursuz olduğunu bildirdim. Bu zaman Hayati Akbaş bildirdi ki, Azərbaycanlılar əməliyyatı bəyənmirlər və buna görədə belə olur. Mən daha Azərbaycana gəlməyəcəm. Bundan başqa heçnə edə bilmirəm. İstəyirsən gəl Türkiyəyə burada əməliyyat edim.
Mən ondan ya pulumu qaytarmasını, ya da gəlib mənim problemlərimi həll etməsini tələb etdim. Hayati Akbaş isə mənə bildirdi ki, mən daha Azərbaycana gəlmək istəmirəm, orada vəziyyət dəyişib. Pullar tez-tez dəyişir. Gəlib ziyana düşürəm.
Hörmətli Məhkəmə,
Mən hazırda həm mənəvi, həm də psixoloji əziyyət çəkirəm. Əsəbdən və görünüşümün pozulması səbəbindən ictimai nəqliyyatdan istifadə edə bilmirəm və ictimai yerlərdə ola bilmirəm. Hamı mənə gülür və məni lağa qoyur. Hayati Akbaş adlı həmin həkimlə dəfələrlə əlaqə saxlamağıma baxmayaraq, əməliyyat fəsadlarını aradan qaldırmaqdan və pulumu özümə qaytarmaqdan imtina edir. Hal-hazırda ciddi psixoloji sarsıntıdayam.
Əməliyyatların fəsadlarının aradan qaldırılması üçün digər həkimlərə müraciət etmişəm, lakin bunun üçün məndən külli miqdarda ödəniş tələb olunur. Ödəniş etməyə isə hazırda maddi imkanım çatmır. Hazırda xarici görünüşümdə ciddi problemlər mövcuddur, həm də nəfəs ala bilmirəm. Demək olar ki, hər gün müxtəlif dərmanlardan istifadə edirəm.
Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, mənə dəymiş 14.100 (on dörd min yüz) manat maddi, 50.000 (əlli min) manat mənəvi ziyanın Hayati Akbaşdan alınaraq mənə verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm”.

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın