Ana səhifə / Aktual / Türkiyədə sabahdan sərt karantin rejimi aradan qaldırılır

Türkiyədə sabahdan sərt karantin rejimi aradan qaldırılır

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi mayın 17-dən ləğv ediləcək. Türkiyənin Daxili İşlər Nazirliyi bununla bağlı mərhələli normallaşma planını açıqlayıb. Bildirilib ki, həftə sonu saat 10.00-dan 17.00-dək market, dükan və baqqaliyyələr açıq olacaq, həftə içi küçəyə çıxma yasağı saat 21-dən 05.00-dək davam edəcək, iaşə yerləri həftə ərzində saat 07.00-dan 20.00-dək, onlayn çatdırılma saat 20.00-dan 00.00-dək xidmət göstərəcək, mayın 17-dən iyunun 1-dək kafe, çayxana, kinoklublar, internet kafe, üzgüçülük hovuzları və idman zalları qapalı qalacaq.

Mərhələli normallaşma planına əsasən, 65 yaş və ondan yuxarı yaşda olanlar iki doza COVID-19-a qarşı peyvənd olunanlar və 18 yaşdan az olanlar üçün küçəyə çıxma məhdudiyyətləri olmayacaq. Plana uyğun olaraq küçəyə çıxma məhdudiyyətləri tətbiq edilməyən dövrdə və günlərdə şəhərlərarası səyahət sərbəst olacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …