Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Türkiyə və İtaliya çempionatlarının bərpa oluna biləcəyi tarixi açıqlandı

Türkiyə və İtaliya çempionatlarının bərpa oluna biləcəyi tarixi açıqlandı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir açıqlma verib.
Qaynarinfo xəbər verir ki, koronavirusun yayılma sürətinin aprelin sonlarında yavaşlayacağını, mayın əvvəllərində yaxşı şeylərin olacağına inandığını bildirib. 
TFF prezidenti liqaların nə vaxt başlayacağı ilə bağlı suala belə cavab verib: “Əgər şərtlər uyğun olsa, ən yaxşı ehtimal iyunun ilk həftəsində liqaları bərpa edəcəyimizə ümid edir. İyun ayında başlasaq, iyulun ortalarında 2019/20 mövsümünü bitirməyi planlaşdırırıq. 
Nihat Özdemir bildirib ki, Avropanın aparıcı liqalarına nisbətən Super Liqa daha şanslıdı: “Almaniyaya, İngiltərəyə baxanda bizim sadəcə 8 turumuz qalıb. Bir də kubok oyunlarımız qalıb. Həmçinin “Başakşəhər”in Avropa Liqası matçı var. Şərtlər pis olsa və iyunda çempionatı bərpa edə bilməsək, iyulun əvvəlində bərpa edib, avqustun ortalarında bitirəcəyik”.
İtaliya A Seriyasının da bərpa oluna biləcəyi tarix açıqlanıb.
“Corriere dello Sport”un məlumatına görə, koronavirus səbəbindən dayandırılan çempionatın mayın 20-də qaldığı yerdən start götürəcəyi ehtimal olunur. Bu mümkün olsa, A Seriyasında 2019/20 mövsümünün iyulun 2-də başa çatdırılması planlaşdırılır.
Mayın 20-də koronavirus pandemiyasına görə təxirə salınmış XXV turun qarşılaşmalarının (“Atalanta” – “Sassuolo”, “İnter” – “Sampdoriya”, “Torino” – “Parma” və “Verona” – “Kalyari”) oynanılması nəzərdə tutulub.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …