Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Türkiyə ölümcül virusun yayıldığı bölgədə əməliyyata başlayır: Azərbaycanlılar təxliyyə ediləcək

Türkiyə ölümcül virusun yayıldığı bölgədə əməliyyata başlayır: Azərbaycanlılar təxliyyə ediləcək

Çində koronavirusun geniş yayıldığı Uxan şəhərində yaşayan 35 türkiyəli və 10 azərbaycanlı “Koca Yusuf” əməliyyatı ilə təxliyyə ediləcək. 
“Hürriyet” xəbər verir ki, onlar “Koca Yusuf” hərbi təyyarəsi ilə Türkiyəyə gətiriləcək və xüsusi geyimlə təchiz olunacaq. 
Həmin şəxslər 14 gün müddətində karantində saxlanılacaq. 
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxslərin Türkiyəyə gətirilməsi üçün hazırlıqlar başa çatıb, Çin hökumətinə müraciət edilib və icazə alınıb.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məsələ ilə bağlı fikirlərini bölüşüb:
“Vətəndaşlarımızda hazırda xəstəliyin heç bir əlamətləri yoxdur. Uxan şəhərindəki hava limanında nümayəndələrimiz həmin şəxslərə yardım edəcək. Təyyarədə həkimlər də olacaq. Pilotlar, tibb işçiləri və vətəndaşlarımız xüsusi geyimlə təchiz ediləcək. 14 günlük karantində saxlanılacaq”.(oxu.az)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …