Şənbə , Avqust 24 2019
Ana səhifə / Aktual /  TÜRKİYƏNİN TANINMIŞ BƏLƏDİYYƏ BAŞQANI AZİNFORUM.AZ-A DANIŞDI – FOTO

 TÜRKİYƏNİN TANINMIŞ BƏLƏDİYYƏ BAŞQANI AZİNFORUM.AZ-A DANIŞDI – FOTO

“Bu millət bu gözəl vətəni xainlərin ələ keçirməsinə yol verə bilməzdi” – Səlim Yağcı

Müsahibimiz Türkiyə Cümhuriyyəti Bilecik Bələdiyyə başqanı Səlim Yağcıdır.

Qısa arayış:
Səlim Yağcı 1966-cı ildə Biləcik vilayətinin Cumalı kəndində anadan olub.
1984-88-ci illərdə Ankara Universitetinin hüquq fakültəsini bitirib. 1988-ci ildən 2003-cü ilədək Cümhuriyyətin bir neçə vilayət və şəhərlərində hakim və məhkəmə sədri vəzifələrində işləyib. 2003-cü ilin avqust ayında 1-ci dərəcəli hakim titulunu alıb.
2004-cü ildə keçirilən seçkilərdə Biləcik vilayətinin bələdiyyə başqanı seçilir və 2009-cu ildə təkrar seçkilər nəticəsində ikinci dəfə bələdiyyə başqanlığı uğrunda mübarizədə qalib olur. İşlədiyi müddətdə xalqın sevimlisinə çevrilən, onların bütün problemlərinin həllində yaxından iştirak edən Səlim Yağcı 2014-cü ildə yenidən seçkilərin qlaibi olur.
Bundan sonra ard-arda Biləcik Bələdiyyələr Birliyi başqanı, 2007-ci ildə qurulan Qarasu İçməli və İstifadəyə Yararlı Sular Birliyi başqanı, 2004-2009-cu illərdə Bələdiyyələr Birliyi Məclis başqanı seçilir və bu günə qədər bu vəzifələrdə çalışmağa davam edir.
Evlidir, iki övladı var.

b2
-Hörmətli başqan, artıq on iki ilə yaxındır ki, bir vilayətin bələdiyyə başqanı olmaqla, bir neçə vəzifəni icra edirsiniz. Çox çətin deyil ki?
– “İnsanı yaşat ki, dövlət yaşasın” prinsipi ilə yola çıxdıq. Məqsədimiz millətimizə, xalqımıza qürurla xidmət göstərmək olub. Məqsədindən məhrum olan bir düşüncə, istiqbalını, yəni gələcəyini itirər.
Mənə etimad göstərdikləri üçün işə başladığım gündən bu günə kimi hər bir zaman onların ümidlərini doğrultmuşam.
Allahın köməkliyi ilə və səbr, məsuliyyət hissi ilə hədəf və ideyalarmıza çatmağımız üçün səylə çalışdım, mücadilə etdim.
İşə başladığım gündən Biləcik əhalisi üçün verdiyim bütün vədlərə əməl etdim. Keçmişdən gələcəyə bir körpü qurdum. Vilayətimiz və Biləcik əhalisi üçün görəcəyimiz işlər hələ bitməyib.
Biləcikdə hər kəslə birlikdə Yeni Türkiyə yolunda keçmişinə güvənən, gələcəyə əmin addımlarla irəliləyən bir eşqlə hər kəslə bərabər daha yaxşıya, daha gözəl bir şəhər qurmaq uğrunda addımlayırıq.
Hər zaman ehtiyacı olan vətəndaşlarımızın yanında oluruq. İmkansız vətəndaşlar ərzaq, kömür çatdırır, əsgər ailəlilərinə yardım edir, əlillərə əlil arabaları hədiyyə edirik.
Hər il təxminə 450 idmançı yetişdiririk. Müəllimləri yeni təmir olunmuş evlərlə təmin edirik. 5000-dən çox aztəmantlı ailəyə sosial yardım edirik.
Mən Biləcik əhalisi üçün hər cür şəraiti yaratmışıq və bütün bunların canlı şahidi ola bilərsiniz.

 

b1
– Hörmətli başqan, 2016-cı ilə 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd haqqında nə deyə bilərsiniz?
(Başqan, “Bu bayraq enməz, bu azan susmaz, bu vətən bölünməz”, sözləri ilə fikirlərini davam etdirir).
-Bütün dünya sarsıldı bu olaydan. 15 iyul bəzilərinin xaincəsinə hədəf seçdikləri Türkiyə Cümhuriyyətini parçalamaq, bitirmək istəmək arzuları ürəklərində qaldı. FETÖ-nün murdar əməlləri ilə 15 iyulda qaraya boyanmış gecəni bu millət 16 iyulda bir iradəli, vətənə bağlı toplum olduğunu sübut etməklə aydınlatdı. Bu vətən torpaqları atalarımızın qanlarıyla, şəhidlərimizin canlarıyla bizə miras buraxılıb. Bu millət bu gözəl vətəni xainlərin ələ keçirməsinə yol verə bilməzdi. Millətimiz bunu həmin gecə əməlləri ilə sübuta yetirdi.
Millət olaraq, gözəl bir imtahan verdik, bütün savaşlardan alnı açıq, üzüağ çıxdığımız kimi, bu savaşdan da əzmlə çıxdıq.
Yavuş Sultan Səliminin bu deyimini xatırlatmaq yerinə düşər: “Cəsarətiylə yaşamayan millət, əsarətiylə ölər”.
Şəlalə İfratqızı
P.S. Biləcik Bələdiyyə başqanı Səlim Yağcı ilə görüşməyimizdə əməyi olan həmkarım, “Gündəm” qəzetinin baş redaktoru Ərdoğan Tunca dərin təşəkkürüm bildirirəm.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Məmur atalarının sonunu gətirən “gül balalar”

Bu günə qədər bir sıra yüksək vəzifə sahiblərinin övladları atalarına müəyyən problemlər yaradıblar.  Bir çox …

Bir cavab yazın