Bazar ertəsi , May 10 2021
Ana səhifə / Aktual / Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab – Foto

Türkiyəli səfirdən Sarkisyanın təxribatına cavab – Foto

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisi səfəri zamanı təxribatına cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Yazqan Tvitter hesabında Ağrı dağı haqqında məlumatı paylaşaraq gürcü və erməni dilində “Ağrı Türkiyədə ən hündür dağdır. Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir” yazıb.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında qeydləri ilə yanaşı Ağrı dağının konturlarını çəkib.

Gürcüstan prezidenti Salome Zurabişvili həmin səhifənin fotosunu “Facebook” hesabında paylaşdıqdan sonra Ermənistan prezidentinin təxribata əl atdığı məlum olub.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …