Çərşənbə , May 22 2019
Ana səhifə / Aktual / Türkiyəli professor: Naxçıvan dünyaya nümunə olacaq bir məkandır

Türkiyəli professor: Naxçıvan dünyaya nümunə olacaq bir məkandır

“Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin iştirakçısı Aydoğan və Bandırma On Yedi Eylül Universitetinin prorektoru Zülfikar Bayraktar Naxçıvanla bağlı təəssüratlarını NUHÇIXAN-la bölüşüb. Türkiyəli elm adamı bildirib ki,  biz konqresə gələn zaman Naxçıvanla bağlı o qədər də bilgimiz yox idi. Naxçıvan Türkiyənin şərqində və sərhədindədir.  Biz isə onu olduğu kimi  yaxşı tanımırdıq. Bura  gələn gündən hər şey diqqətimi cəlb etdi.  Hava limanından çıxıb şəhəri gəzdik. Çox təəccübləndim. Yollar, binalar, onların memarlığı o qədər gözəl idi ki. Yolların təmizliyi məni əməllicə çaşdırdı.

Türkiyəli qonaq onu da vurğulayıb ki, indiyə qədər Naxçıvana gəlmədiyinə çox təəssüflənir: “Biz turist kimi Avropaya gedirik, amma bilmirik ki, qonşuluğumuzda Naxçıvan kimi bu cür gözəl bir məkan var”.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlət” ifadəsini xatırladan   professor Zülfikar Bayraqdar bunun  çox vacib bir məsələ olduğunu deyib:  “Dünyanın  beynəlxalq səhnəsindəki dövlətlərdə  qardaş deyilən bir ifadə yoxdur. Bu ifadə sadəcə iki dövlət arasında işlənir-bu Azərbaycan və Türkiyədir. Bu çox vacibdir. Naxçıvan həm Türkiyədir, həm Azərbaycandır. Sizin dərdiniz bizim dərdimizdir. Siz Günnüt  kəndinin 11 min hektarını azad edəndə  biz Türkiyədə bayram etdik”. 

Professor Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın təkcə siyasi məqamlara deyil  turizmə də güclü təsiri olacağını vurğulayıb. Amma müasir dünyamızda daha çox populyar olan sosial şəbəkələrdə Naxçıvanın yetərincə təbliğ olunmadığını qeyd edib.

“Adətən turistlər hansısa ölkəyə gedərkən, onlar internet üzərindən həmin yerlə bağlı məlumatlar toplayırlar. Mən Naxçıvanla bağlı sosial mediada çox məlumat tapa bilmədim. Halbuki, burda Duzdağ kimi möcüzə var, səlcuqlar dövrünə aid abidələr var. Dünən gəzdik, beş min illik bir qalaya getdik. Bu inanılmaz bir tarixdir. Şəhərdə muzeylərdə, mədəniyyət  abidələrində olduq. Sosial mediada Naxçıvanın tanınması üçün daha geniş layihələrə ehtiyac var. Bununla da indiki turizm potensialı 10 dəfə artırıla bilər. İkinci isə buraya gələn turistlərə göstərilən xidmətlə bağlıdır. Burada da təkmilləşdirməyə ehtiyac duyulur. İstər otel, istər qonaqpərvərlik baxımından bu vacibdir”, – deyən türkiyəli alim Naxçıvanın abidələrinin YUNESKO-nun mədəni irs siyahısına salınmalı olduğunu da  qeyd edib.  Bu üç komponent birləşsə onda Naxçıvan turizmin mərkəzinə çevriləcəkdir.  Türkiyəli həmvətənlərinə isə bu cür çağırış edib: “Türkiyədə bir çox adam Kiprə gedir. Uşaqlarını Kiprdə oxutdurmaq istəyirlər. Mənim fikrimcə, biz uşaqlarımızı Naxçıvana  göndərməliyik. Naxçıvan o barədə daha yaxşıdır. Bu,  məsafə, maddi, iqlim, şəhərin inkişafı baxımından belədir.  Naxçıvan tam bir tələbə şəhəri olmağa namizəddir”.

Türkiyəli professor Naxçıvanı bu istiqamətdə hətta dünyada nümunə ola biləcək bir şəhər kimi qiymətləndirib. 

Həmçinin oxuyun

AZƏRBAYCANIN SABİQ NAZİRLƏRİ BİR ARADA – “Range Rover”də 4 nəfər… – FOTOLAR

Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər. Lent.az-ın əldə etdiyi məlumata görə, eks-nazirlər …