Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / Türkiyəli hərbçilər Azərbaycana gəldi

Türkiyəli hərbçilər Azərbaycana gəldi

Türkiyənin briqada generalının komandanlığı altında bu ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu Azərbaycana gəlib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, gələn ilin yanvar ayından türk hərbçilər Rusiya hərbçiləri ilə birgə Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyətə başlayacaqlar. Türkiyədən ilk mərhələdə 25 hərbçi Azərbaycana gəlib. Yaxın həftələrdə bu rəqəm 60-dək artırılacaq.

Qeyd olunub ki, birgə mərkəzdə türkiyəli və rusiyalı əsgərlər atəşkəs qaydalarına əməl edilib-edilmədiyini müşahidə edəcəklər. Atəşkəsin pozulacağı təqdirdə həm Moskva və Ankara, həm də Bakı və İrəvanla birbaşa təmas qurulacaq. Eyni zamanda Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsində və humanitar yardım fəaliyyətində də iştirak edəcəklər.

Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi işğaldan azad edilmiş Ağdam ərazisində yerləşir.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …