Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / Türkiyəli generallar Azərbaycanda

Türkiyəli generallar Azərbaycanda

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi General Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə birlikdə Azərbaycana gəlib.

Səfərdə Hulusi Akarı Baş qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları komandiri, general Ümit Dündar müşayət edir.
Bundan başqa nümayəndə heyətinin tərkibində Türkiyənin  Hərbi Dəniz Qüvvələri komandiri, Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Hasan Küçükakyüz də var. 
Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi heyətini Azərbaycan Prezidenti  İlham Əliyevin də qəbul edəcəyi nəzərdə tutulur Bundan başqa türkiyəli generallar Azərbaycanın Müdafiə naziri və digər rəsmilərlə görüşəcək.

Həmçinin oxuyun

Azərbaycan hakimiyyətində FETO varmı?

Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan …