Ana səhifə / Aktual / Türkiyədəki evlilik verilişinin tanınmış siması: İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı

Türkiyədəki evlilik verilişinin tanınmış siması: İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı

Moderator.az “Zuhal Topalla” evlilik verilişinin tanınmış iştirakçısı Bahanın azxeber.com-a müsahibəsini təqdim edir.
– Son günlər mətbuatda yayımlanan xəbərlərə görə, “Zuhal Topalla” evlilik verilişinə qatılanlar arasında fahişəliklə məşğul olan qızlar varmış. Onlar arasında azərbaycanlı qızların da adı çəkilir. Bu iddialar həqiqətdir?
– Mən də bu barədə məlumatları xəbər saytlarından oxumuşam. Düzdür, orada fahişəliklə məşğul olduğunu bildiyimiz iştirakçılar var idi. Onlar arasında azərbaycanlıların da olduğunu eşitmişdim. Ancaq konkret olaraq, bu barədə bir şey deyə bilmərəm.
– Həmin verilişdə çoxlu xanımlar iştirak edirdi. Onlarla verilişdən sonra münasibət qururdunuz?
– Mən həmin verilişdə olanda tək Nazla münasibət qurmuşam. Mənim üçün çoxlu xanımlar gəlirdi, amma razılaşmırdım. Mənə görə insan bir nəfərlə münasibət qurar və onunla yola davam edər.
– Nazla münasibətiniz hansı səviyyədə idi?
– Nazla münasibətim yaxşı idi. Bir ildən çox davam etdi. Bilirsiniz ki, o verilişdə yaşanan hər şey bir oyundur. Orada rejissor hər şeyi müəyyən edir. Kim kimə yaxınlaşacaq, kim kimə sevgi etiraf edəcək, kim kimə gül göndərəcək, hamısını. Hamımız iki-üç gün münasibət saxlayıb, sonra ayrılırdıq. Təkrar barışıb, sonra başqa namizədlə əsas qızı qısqandırırdıq.
– Buna görə nə qədər pul alırdınız?
– Təbii ki, bizə buna görə pul təklif edilmişdi. Ancaq çox adamın pulunu vermədilər. Qaydalara görə, ikinci-üçüncü sırada oturanlara pul verilmirdi. Çünki onlar məşhur olmaq və efirdə görünmək üçün gəlirdilər. Bizim kimi üzdə olan iştirakçılara isə 10 min TL təklif edilmişdi.
– Sonra nə baş verdi? Pulunuzu vermədilər?
– Orada aparıcı Zuhal Topaldan başqa heç kimin maaşı deyildiyi kimi verilmirdi. 10 min TL mənə ayda pul verəcəkdilər. Birinci ay 7 min, ikinci ay 5 min, daha sonra isə 4 min TL verdilər. Yanvarın 14-də isə bütün bunlara görə verilişdən ayrıldım.
– Yayılan xəbərlərə görə, aparıcı Zuhal Topalın əri ilə dalaşmısınız. Səbəb nə idi?
– Bəli, aramızda dava olmuşdu. Davaya səbəb Naz idi. Mənə dedilər ki, Naza namizəd gələcək və bir həftə onlar arasında sevgi olacaq. Sonra sənə qayıdacaq. Bu oyun bir həftədən çox çəkdi. Mən də iradımı rejissora bildirdim. Və sonda dava düşdü.
– Verilişə qatıldığınız zaman oyun olduğunu bilirdiniz?
– Xeyr, müraciət etdikdən sonra öyrəndim. Normal sevgi yaşayan insanlar da var idi. Bir zaman sonra onların sevgisindən də oyun qururdular. Əsas məqsəd reytinq yığmaq, qonşu kanallardakı evlilik verilişlərini keçmək idi.
– Naz ilə münasibətiniz həqiqət idi, yoxsa oyun?
– Kaş ki, oyun olsaydı (gülür).
– Bu Azərbaycana neçənci səfərinizdir?
– Artıq ikinci səfərimdir. Birinci dəfə Nazla gəldim. Qızını görməyə gəlmişdi. Amma çox gəzə bilmədim. Bu səfər dostlarımın dəvəti ilə gəldim. Azərbaycanı çox sevirəm. Bilirəm ki, burada da məni sevən insanlar var. Sizin vasitənizlə onların hər birinə təşəkkür edirəm.
– Yəqin ki, Bakını gəzmisiniz. Küçədə sizi tanıyan var?
– Şəhərdə gəzəndə xanımlar yaxınlaşıb salamlaşırlar. Hətta dünən hoteldə oturmuşdum, bir xanım qaça-qaça gəlib məni bərk-bərk sıxdı. Deyir, səni görmək üçün 2 saat yol qət etmişəm (gülür).
– Azərbaycanlı müğənnilərdən kimi dinləyirsiniz?
– Türkiyədə ən çox dinlədiyimiz müğənni Talıb Taleh və Üzeyir Mehdizadədir. Düzü, Elza Seyidcahanın şeirlərini də sevirəm. Bildiyim qədəri ilə, onu burada çox tənqid edirlər. Məncə, bu, düzgün deyil. O, əsl yaradıcı ruhda olan xanımdır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın