Cümə , Noyabr 27 2020
Ana səhifə / Türkiyədə yeni Atatürk qalmaqalı – (Foto)

Türkiyədə yeni Atatürk qalmaqalı – (Foto)

atatTürkiyənin Aydın Bələdiyyəsində skandal yaşanıb.
Aydının Didim mahalı meydanında olan Atatürkün heykəlinin yıxılmaması üçün iplə divara bağlanması qalmaqala səbəb olub.
Müxalifət partiyası CHP üzvü olan bələdiyyə rəhbərliyi keçən ilin iyun ayından indiyə kimi yıxılmaması üçün iplə bağladıqları Atatürkün heykəli qarşısında mərasim keçirib.
Heykəlin vəziyyəti ilə əlaqədar 9 ay əvvəl xəbərdarlıq etdiyini bildirən sakinlər Atatürkün heykəlinin vəziyyətinin Didimə yaraşmadığını deyiblər. Sakinlər Didimə minlərlə xarici turistin gəlməsinə diqqət çəkərək qeyd ediblər ki, Atatürkün heykəlinin 9 aydır qəzalı vəziyyətə düşməsinin utancverici olduğunu bildiriblər.
Onların sözlərinə görə, Atatürkün mülki geyimli ən böyük heykəllərindən birinin iplə bağlanmasına Atatürkün partiyasına mənsub bir partiyadan seçilmiş bələdiyyə sədrinin laqeyd qalması təəccüblüdür (ANS PRESS).

 

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …

Bir cavab yazın