Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Türkiyədə prokuroru iş otağında girov götürən terrorçu ilə danışıqlar aparılır – YENİLƏNİB, FOTOLAR, VİDEO

Türkiyədə prokuroru iş otağında girov götürən terrorçu ilə danışıqlar aparılır – YENİLƏNİB, FOTOLAR, VİDEO

Türkiyədə prokuror iş otağında girov götürülüb.

Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin prokuror “Gəzi” hadisələrində öldürülən Berkin Elvanın istintaqını aparan Mehmet Səlim Kirazdır. Ətrafda olan şəxslər bildiriblər ki, prokurorun otağından əvvəlcə silah səsləri eşidilib, daha sonra isə binanın dəhlizi boşaldılıb. Bina polislər tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, 14 yaşlı Berkin Elvan Türkiyədə baş verən aksiyalarda polis tərəfindən öldürülüb. Onun ölümü Türkiyədə etirazlara səbəb olub.
***
Terror təşkilatına yaxınlığı ilə tanınan şəxs prokurorun başına silah dayayaraq şəkillərini çəkib və Tvitter sosial şəbəkəsində paylaşıb. Həmin şəxs prokuroru azad etmək üçün şərtlərini də açıqlayıb.
***
Girov götürən şəxs 5 tələb irəli sürüb və yerinə yetirilməsi üçün yerli vaxtla saat 15:36 qədər vaxt verib. Şərtlərin nə olduğu açıqlanmayıb.
***
Girov götürən şəxslərin şərtləri artıq açıqlanıb:
1 Berkin Elvanı qətlə yetirənlər canlı yayıma çıxıb etiraf etməlidir.
2 Berkin Elvanı öldürən polislər ictimai məhkəmədə cavab verməlidir.
3 Berkin Elvan üçün təşkil edilən aksiyalarda iştirak edənlərə açılan cinayət işinə xitam verilsin.
4 Tələblər yerinə yetirildikdən sonra hadisə yerindən təhlükəsiz şəkildə uzaqlaşmağa şərait yaradılsın.
5 Girov götürənlərlə danışıq aparmaq üçün heyət qurulsun. Heyətdə Ümid Kocasakal, Sezgin Tanrıkulu, bir vəkil və bir deputat təmsil olunsun.
***
Terrorçuların qoyduğu vaxtın son dəqiqələrində tələb etdikləri Ümid Kocasakal prokurorluq binasına daxıl olub. Danışıqların başladığı iddia edilib.
Terrorçulardan birinin kimliyi müəyyən edilsə də, onun adı açıqlanmayıb. İstanbul Baş Prokurorluğunun vəkili Vedat Yigit açıqlama verərək, bildirib ki, hadisənin baş vediyi 6-cı mərtəbəyə xüsusi təyinatlı polislər yerləşdirilib və girov götürən şəxslərlə danışıqlar gedir.
Qeyd edək ki, Türkiyədə prokuroru girov götürən DHKPC adlı qurum olduqca təhlükəli və PKK-ya yaxın bir təşkilatdır. Təşkilat 30 mart 1994-cü ildə zaza əsilli Dursun Karataş tərəfindən terrorçu-solçu təşkilatların bazası əsasında qurulub.
Türkyənnin məşhur iş adamı Sadiq Sabancının oğlu Özdəmir Sabancı cinayəti (cinayəti törədən Fehriye Erdal) bu təşkilat tərəfindən törədilib.
Bundan başqa, DHKPC indiyədək çoxlu sayda qalmaqallı qətl hadisələri də törədib.
 
Gülnar
Berkin Elvan soruşturmasına bakan savcı odasında r

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın