Ana səhifə / Aktual / Türkiyədə kütləvi iftar mərasimləri keçirilməyəcək

Türkiyədə kütləvi iftar mərasimləri keçirilməyəcək

Türkiyədə Ramazan ayında koronavirusla əlaqədar kütləvi iftar tədbirləri keçirilməyəcək Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda vurğulanıb ki, insanları biraraya gətirən iftar və sahur mərasimlərinə və iftar çadırlarının qurulmasına icazə verilməyəcək. Çörək sexlərindəki xüsusi sifarişlər daxil olmaqla, pide və çörək istehsalı iftardan 1 saat əvvəl tamamlanacaq.

Bundan əlavə, bu müddət ərzində məscidlərdə təravih namazı da qılınmayacaq.

Həmçinin oxuyun

Bu gün Azərbaycan Ordusunun təlimləri başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən …