Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı 120 mini keçib

Türkiyədə son sutka ərzində 93 nəfər koronavirusdan dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2615 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3174, yoluxanlar isə 120 min 204 nəfərə çatıb. İndiyədək 48 min 886 xəstə sağalıb.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …